"Biz boş yerə danışırıq" - PUTİN

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynadan çıxarılan taxıl hələ də bu kənd təsərrüfatı məhsuluna həqiqətən ehtiyacı olan yoxsul ölkələrə çatdırılmır. SİA xəbər verir ki, bu barədə Putin kənd təsərrüfatı məhsulları ilə bağlı keçirilən görüşdə danışarkən deyib.

Rusiya lideri qeyd edib ki, iyulda İstanbulda imzalanan taxıl sazişindən sonra Ukrayna limanlarını tərk edən 203 taxıl gəmisindən yalnız dördü BMT-nin proqramı ilə yoxsul ölkələrə ərzaq məhsulları çatdırır: "Ukraynada taxıl yoxsul ölkələrə getməməkdə davam edir. Bunu deyirik, amma boş yerə. Heç kim eşitmir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə