Biz şantaja boyun əyməyəcəyik -PUTİN

Rusiya dövlətinin yaranmasının 1160-cı ildönümü münasibətilə konsert keçirilib. SİA xəbər verir ki, Rusiyanın lideri Putin konsertdə çıxış edib. O bildirib ki, suverenliyini zəifləməsi ölümcül təhlükədir: “1160 il ərzində biz əminliklə öyrəndik ki, Rusiyanın öz suverenliyini zəiflətməsi, hətta bir müddətlik də milli maraqlarından imtina etməsi ölümcül təhlükəlidir. Belə dövrlərdə Rusiyanın varlığı təhlükə altındadır, ona görə də bundan sonra heç kim bizdən belə səhvlər gözləməməlidir. Biz şantaj və hədə-qorxuya boyun əyməyəcəyik”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə