Rusiyanın dövlət enerji şirkəti “Qazprom” Fransanın iyul ayı üçün ödəniş etməməsi səbəbindən qaz nəqlini sabahdan dayandıracağını açıqlayıb. SİA xəbər verir ki, Qazprom Fransaya qaz tədarükünü dayandırıb. Rusiya Federasiyası Prezidentinin 31 mart 2022-ci il tarixli və 172 nömrəli "Xarici alıcıların Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərinin yerinə yetirilməsinin xüsusi qaydası haqqında" Fərmanına uyğun olaraq, əgər alıcı ödənişi tam həcmdə həyata keçirməmişdirsə, müqavilədə göstərilən ödəniş müddətində xarici alıcıdan daha çox haqq alınacaq və təbii qaz tədarükü qadağan ediləcək. Bu kontekstdə Qazprom bəyan edib ki, 2022-ci il sentyabrın 1-dən tədarük olunan qazın tam ödənişi alınana qədər qaz təchizatı dayandırılacaq.
Fransanın təbii qaz tədarükçüsü "Engie Group"un vitse-prezidenti Claire Vaysand avqustun 29-da sosial mediada açıqlama verib ki, şirkət enerji böhranı başlayandan qaz təchizatı mənbələrini şaxələndirməklə Rusiya qazından asılılığı xeyli azaldıb. Vaysand vurğulayıb ki, Fransada qaz ehtiyatları 90 faizdən çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB