"Aİ ölkələri özlərini aqresiv aparırlar" - RUSİYA

Kremlin sözçüsü Dmitri Peskov Şengen vizası məhdudiyyətindən danışıb. SİA xəbər verir ki, bəzi Avropa İttifaqı ölkələri, xüsusən də Şərqi Avropa və Baltikyanı ölkələr Rusiya vətəndaşlarına Şengen vizası verilməməli olduğunu deyirlər. Kreml Rusiya vətəndaşlarına Şengen vizalarının verilməməsi tələbinə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını əsas gətirərək reaksiya verib. Kremlin sözçüsü Dmitriy Peskov Avropanın belə bir addımının Rusiya dövlətini deyil, Rusiya vətəndaşlarını cəzalandıracağını bildirib: “Hər halda bu qərara cavab veriləcək və biz öz maraqlarımıza görə edəcəyik".

Avropa İttifaqının Rusiyaya qarşı çoxsaylı qərarlar aldığını deyən Peskov bu vəziyyəti "qəzəb püskürməsi" kimi şərh edərək, "Təəssüf ki, Brüssel və bəzi Aİ ölkələri özlərini səbəbsiz yerə aqressiv aparırlar. Ölkəmizə qarşı bu cür impulslar enerjiyə də aiddir. Bu qədər absurddur" - deyə bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə