"Starbucks" , "Stars coffee" ilə əvəzləndi RUSİYA

"Starbucks"ı əvəz edən "Stars coffee"nin ilk filialı Rusiyada açıldı. SİA xəbər verir ki, Rusiyadan sanksiyalar səbəbi ilə "Starbucks" bu ölkədən çəkilmişdi. "Starbucks"ın yerini alacaq Stars Coffee-nin ilk filialı Rusiyanın paytaxtı Moskvanın ən işlək küçələrindən biri olan Novıy Arbatda açılıb.
"Stars Coffee"nin sahibləri rusiyalı restorançı Anton Pinskiy və reper Timati yeni qəhvə brendinin Rusiyada 130 filialının olacağını bildiriblər.
"Starbucks"ın yerini alan qəhvəxananın sahibləri loqo seçimi zamanı Rusiyanın simvolu olan ayı və matruşka kimi variantları aradan qaldıraraq, başında ənənəvi rus aksesuarlarından olan kokoşnik taclı qadının olmasını qərara alıblar.
Beləliklə, Starbucks loqotipindəki su pərisi ənənəvi baş aksessuarı olan rus qadını ilə əvəz olundu.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə