S-400lər Türkiyə üçün hazırlanır - DMİTRİY ŞUQAYEV

Rusiya Türkiyəyə ikinci S-400 alayının tədarükü ilə bağlı müqaviləni həyata keçirməyə başladı. SİA xəbər verir ki, bu barədə məlumatı rus mətbuatına Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq İdarəsinin rəhbəri Dmitriy Şuqayev bildirib.
Mövzu ilə bağlı Rusiya mətbuatına açıqlama verən Şuqayev qeyd edib ki, digər məsələlərlə yanaşı, sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılmasını nəzərdə tutan müqavilə sənəd Türkiyə ilə imzalanıb: “Hazırda müqavilə icra olunur".

Türkiyənin Rusiyanın mühüm tərəfdaşı olmaqda davam etdiyini deyən Şuqayev iki dövləti sıx ticarət və iqtisadi əlaqələrin birləşdirdiyini, ikitərəfli əməkdaşlığın bir çox sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıqda inkişaf etdiyini vurğulayıb: "Bu il yaranmış çətin siyasi vəziyyət Rusiya tərəfi ilə tərəfdaşları arasında qarşılıqlı əlaqələrin bəzi aspektlərinə mənfi təsir göstərib. Bununla belə, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq iki ölkə liderləri arasında əldə olunan razılaşmalara uyğun inkişaf edir. Biz türk tərəfdaşları ilə şəffaf və qarşılıqlı faydalı əsaslarla işləməyə davam etməyi planlaşdırırıq".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə