Müttəfiqlərimizi silahla təmin edərik - PUTİN

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva qlobal miqyasda müttəfiqlərinə qabaqcıl müasir silahlar satmağa və hərbi texnologiyanın inkişafı üçün əməkdaşlığa hazırdır. SİA xəbər verir ki, Putin bu gün Moskvada başlayan və avqustun 21-dək davam edəcək “Armiya” adlı 8-ci Beynəlxalq Hərbi-Texniki Forumun açılışında çıxış edib. Ölkəsinin Latın Amerikası, Asiya və Afrika kimi çox fərqli qitələrdəki bir çox müttəfiqləri, tərəfdaşları və həmfikir ölkələri ilə mehriban olduğunu ifadə edən Putin qeyd edib ki, biz müttəfiqlərimizi və tərəfdaşlarımızı atıcı silahlardan tutmuş ən müasir silahlarla təmin edirik: "Zirehli texnika və artilleriyaya, hərbi aviasiyadan tutmuş pilotsuz uçuş aparatlarına qədər hamısını təqdim etməyə hazırıq”.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...