Coca Cola Rusiyadakı fəaliyyətini dayandırdıqdan sonra bu ilin birinci yarısında 195 milyon dollar zərər gördüyünü açıqlayıb. SİA xəbər verir ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı və Qərb ölkələrinin Moskvanı hədəf alan sanksiya hərəkətləri davam edir.

İsveçin inteqrasiya və immiqrasiya naziri Anders İgeman Avropa İttifaqının Rusiya vətəndaşları üçün turist vizalarının dayandırılması ilə bağlı mümkün addımını dəstəkləyəcəklərini bildirib.

Xerson vilayətinin Alaşkinski rayonunun hərbi-mülki administrasiyasının rəhbəri Georgi Juravko bildirib ki, Xerson sakinlərinin çoxu regionun Rusiya ilə birləşməsinin tərəfdarıdır.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Vaşinqton administrasiyası yaxın vaxtlarda Baltik dənizində bir sıra hərbi təlimlər keçirməyi və regiona əlavə qüvvələr yerləşdirməyi planlaşdırır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə