Hindistanın Kalkuta şəhərində yerləşən "Indian Museum complex" muzey kompleksində atışma baş verib.

SİA "The Hindu" qəzetinə istinadən xəbər verir ki, muzeyin təhlükəsizliyini təmin edən təhlükəsizlik qüvvələrinin əməkdaşı insanlara atəş açıb.

Məlumata əsasən, o, xidməti silahından bir polis əməkdaşını öldürüb, bir nəfəri isə yaralayıb.

Bildirilir ki, atış açan şəxs saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə