Pakistan əsilli deputat da baş naziri vəzifəsinə namizəd olub

Pakistan əsilli deputat da baş naziri vəzifəsinə namizəd olub

Britaniyalı deputat Rəhman Çişti hakim Mühafizəkarlar Partiyasına və Böyük Britaniya hökumətinə rəhbərlik etməyə 11-ci namizəd olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, siyasətçi bu barədə tviter hesabında yazıb.

“Mənə ambisiyalara əsaslanmış mühafizəkarlıq, yeni ideyalar və böyük ölkəmizə nəfəs verə və onu irəli apara biləcək yeni komanda mənim üçün vacibdir”, – R.Çişti yazıb.

Qeyd edək ki, Rəhman Çişti “Brexit” tərəfdarı və eynicinsli nikahın əleyhdarı kimi tanınır.

Bütün xəbərlər Facebook səhifəmizdə