İspaniyada COVID-19 pandemiyasının 7-ci dalğası başlayıb

Omikron ştamının “BA.4” və “BA.5”in iki alt variantı İspaniya, Portuqaliya və Böyük Britaniya kimi ölkələrdə koronavirus infeksiyalarının sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Onların daha çox yoluxma qabiliyyəti var və hər ikisi hətta üç doza ilə peyvənd edilmiş insanların antikorlarına belə müqavimət göstərirlər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinin ölkədəki epidemioloji vəziyyətə dair son hesabatına əsasən, COVID-19 pandemiyasının 7-ci dalğası başlayıb.

Kataloniyalı epidemioloq və tədqiqatçı Kike Bassat son iki həftə ərzində infeksiyaların sayının əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Epidemioloq hesab edir ki, maskaların taxılması yenidən məcburi olmamalı, lakin onlardan koronavirus infeksiyasına daha həssas olan insanlar tərəfindən istifadə edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə