Britaniya Rusiyanın müsadirə edilən aktivlərini Ukraynaya vermək istəyir

Britaniya Rusiyanın müsadirə edilən aktivlərini Ukraynaya vermək istəyir

Böyük Britaniya sanksiyalara məruz qalan Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinin tərəfdarıdır və hazırda bu məsələ üzərində işləyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “The Guardian” qəzetinə müsahibəsində Krallığın xarici işlər naziri Liz Trass deyib.

“Mən bu ideyanı dəstəkləyirəm və biz bu məsələni yaxından öyrənirik. Kanada yenicə müvafiq qanun qəbul edib. Biz Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə bunun üzərində işləyirik, amma mən bu ideyanı mütləq dəstəkləyirəm. Sadəcə, bu məsələnin bütün təfərrüatlarını yaxşı işləməliyik”, – deyə Trass bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня