Ermənistan hüquq-mühafizə orqanları bu ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın 3,5 milyon dollarlıq əmlakını və vəsaitini müsadirə etmək niyyətindədir.
Ermənistan prokurorluğu sabiq müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb.
Məhkəmə qanunsuz əldə olunmuş əmlakın müsadirəsi ilə bağlı iddianı icraata qəbul edib.
Məhkəmənin müsadirə edəcəyi əmlaklar sırasında ictimai əhəmiyyətli iki torpaq sahəsi, Vahaqni rayonunda malikanə və bir lüks avtomobil var.
Amma maraqlıdır ki, Seyran Muşeqoviç(?) hər şeyi danır.And içir ki, mənim Vahaqni məhəlləsində mətbuatın təqdim etdiyi kimi, nə evim, nə də villam olmayıb. Deyir ki, mənim heç bir ictimai əhəmiyyətli obyektim də yoxdur.
Ona görə də, nə Ermənistanda, nə də ondan kənarda heç bir məhkəmə bu strukturları mənə məxsus olanları müsadirə edə bilməz. Çünki bu qanunaziddir.
Ohanyan onun adı ətrafında dolaşan “yalan şayiələr” şaiyələrə də aydınlıq gətirib. Deyib ki, guya yayılan şaiyələr onun “artsax” məsələsində hakimiyyətə qarşı sərt mövqeyi və müqavimət hərəkatı mübarizəsinin getdikcə intensivləşməsi ilə bağlıdır”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB