Seneqal Avropaya maye qaz təklif edib, amma…

Seneqal Avropaya mayeləşdirilmiş təbii qazın tədarükü imkanlarını nəzərdən keçirməyə hazırdır. Bunu ötən gün, mayın 22-də Seneqal prezidenti və Afrika İttifaqının sədri Maki Sal Dakara səfərə gəlmiş Almaniya kansleri Olaf Şolzla danışıqlardan sonra bildirib.

“...Biz Avropa bazarına mayeləşdirilmiş təbii qazın tədarükü üzərində işləməyə hazırıq”. Qeyd edək ki, “Reuters” bunu Seneqal prezidenti Saldan sitat gətirib.

SİA-nın TASS-dan əldə etdiyi məlumata görə, son on ildə Seneqal şelfində iri neft və qaz yataqları aşkar edilib. Belə ki, onların ehtiyatları 1 milyard barel çıxarıla bilən neft və 40 trilyon kubmetr qaz ayaqları həcmində qiymətləndirilir. Məsələ bundadır ki, hazırda onların hazırlanması istiqamətində iş aparılır. Seneqal mayeləşdirilmiş təbii qazın ilk tədarükünün 2023-cü ildə başlanması gözlənilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...