ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb.
SİA APA-ya istinadən xəbər verir ki, o bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb.
“Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”, - deyə general bildirib.
Mark Milleyin sözlərinə görə, Birləşmiş Ştatlar getdikcə qeyri-sabit dünyaya qədəm qoyur:
“Dünya böyük güclər arasında beynəlxalq münaqişə potensialına malikdir. Bu potensial azalmaqda deyil, artmaqdadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)
.jpg)

        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB