ABŞ-da 5-11 yaş arası uşaqlar buster doza ilə peyvənd olunacaq

ABŞ-da 5-11 yaş arası uşaqlar buster doza ilə peyvənd olunacaq.

Müvafiq icazə ABŞ Qida və Dərman İdarəsi tərəfindən verilib.

5-11 yaş arası uşaqlar əsas peyvənddən beş ay sonra əlavə doza ala biləcəklər. Bu yaş qrupunda olan uşaqlar üçün yeganə peyvənd “Pfizer”dir. Onlar böyüklər üçün verilən dozanın üçdə birini alırlar.

Bundan əvvəl gücləndirici peyvəndlər 12 yaşında olan vətəndaşlar üçün mövcud idi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...