Rusiya iki ölkəyə qaz ixracını dayandırıb

Rusiya prezidenti Putin “Dost olmayan ölkələrə qaz satarkən rus rublunun istifadəsinə keçməyi planlaşdırırıq” sözləri ilə təbii qaz satışında yeni dövrü rəsmən açıqlayıb. Putin sözünün üstündə durdu. SİA xarici mətbuata istinadən xəbər verir ki, rublla ödəniş etməyən iki NATO və Aİ üzvü Polşa və Bolqarıstana təbii qaz nəqli dayandırılıb.

Moskva çərşənbə axşamı günü axşam sözügedən iki ölkəyə təbii qaz tədarükünü dayandıracağını açıqlayıb.

Polşadan səhər saatlarında verilən açıqlamada qaz axınının davam etdiyi bildirilib.

Bolqarıstan isə bu ay üçün ödənişlərin edildiyini və qazın kəsilməsinin müqavilənin pozulması olacağını bildirir.

Polşa neftin 64 faizini, qazın 46 faizini və kömürün 15 faizini Rusiyadan alır. Digər tərəfdən, Varşava administrasiyası Rusiya təbii qazının kəsiləcəyi təqdirdə kifayət qədər ehtiyata malik olduğunu da qeyd edir.

Polşa Norveç qazını Baltik dənizinin altındakı ölkəyə gətirməklə Rusiyadan asılılığına son qoymaq istəyir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə