Şri-Lankada etirazlar fonunda fövqəladə vəziyyət elan edilib

Şri-Lankada etirazlar fonunda fövqəladə vəziyyət elan edilib

Şri-Lankada prezident Qotabaya Rajapaksa fövqəladə vəziyyət elan edib.

“RİA Novosti”nin “Adaderana” nəşrinə istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət etiraz aksiyaları fonunda tətbiq edilib.

Qeyd edək ki, SİA-nın əldə etdiyi məlumata görə, son etiraz aksiyaları zamanı jurnalist və polislər də daxil olmaqla 37 nəfər xəsarət alıb. Fövqəladə vəziyyətin cümə günü qüvvəyə mindiyi bildirilir.

Kolombo dərin körfəz sahi

Xatırladaq ki, bir müddət bundan əvvəl Şri-Lankanın dərin körfəz sahilində yerləçən Kolomboda şəhərində 5 minə yaxın insan iqtisadi vəziyyətin fəlakətli şəkildə pisləşməsinə qarşı etiraz yürüşünə toplaşmışdı. Etirazçılar prezidentin iqamətgahına gəlib və onun istefasını tələb ediblər. Qeyd olunur ki, nümayişçilərdən bəziləri binaya basqın etməyə cəhd ediblər.

Belə ki, xüsusi təyinatlı polisləri gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.. Buna cavab olaraq nümayişçilər iqamətgaha gedən yolu bağlayan avtobusu yandırıblar.

Onu da bildirək ki, Şri-Lankada iqtisadi böhran koronavirus pandemiyası ilə əlaqədar xarici turizmin azalması səbəbindən daha da güclənib. Bu isə, ölkənin valyuta ehtiyatlarının çatışmazlığına səbəb olub. Məhz buna görə də, Şri-Lanka hakimiyyəti idxalı azaltmağa və resurslara qənaət tətbiq etməyə məcbur olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə