Şimali Koreya 10-cu raketini sınaqdan keçirib

Şimali Koreya 10-cu raketini sınaqdan keçirib

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın paytaxtı Pxenyan yaxınlığındakı Sunan bölgəsindən yeni raket atdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu il 10-cu raket sınağı olaraq qeydə alınan buraxılış uğursuzluqla başa çatıb.
Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada, ballistik raket olduğu düşünülən yeni buraxılış yerli vaxtla saat 09:30 radələrində Pxenyanın Sunan bölgəsindən həyata keçirildiyi bildirilib. Cənubi Koreya ordusunun ABŞ birlikləri ilə təfərrüatlı təhlillərini davam etdirdiyi qeyd edilərkən, raket sınağının havaya qalxdıqdan qısa müddət sonra uğursuz alındığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə