Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Putin və Makron Ukrayna ətrafındakı vəziyyətlə bağlı ciddi və açıq fikir mübadiləsi aparıblar”, - deyə Kremlin məlumatında bildirilib.
Qeyd olunub ki, Putin Makrona xüsusi hərbi əməliyyat keçirmək qərarının səbəbləri və şərtləri ilə bağlı hərtərəfli izah verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB