Avropa həyəcan təbili çaldı

Son 30 ilin ən şiddətli fırtınası olacağı gözlənilən Yunis fırtınası təkcə İngiltərəni deyil, bütün Avropanı da əhatə edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, fırtınanın təsiri ilə ağaclar və elektrik dirəkləri aşıb. İngiltərədə 3, Hollandiya və Belçikada 4 nəfər həyatını itirib.

İngiltərədə təsirli olan Yunis fırtınası səbəbi ilə bəzi bölgələrdə məktəblər bağlanıb, bəzi bölgələrdə küləyin sürəti 190 kilometri keçib. Milyonlarla insana küçəyə çıxmamaq xəbərdarlığı edilib. Fırtına nəticəsində 3 nəfər həlak olub.

Fırtına nəticəsində Belçika və Almaniyada çoxlu sayda insan xəsarət alıb, milyonlarla avro dəyərində maddi ziyan baş verib. Hollandiya, Belçika və Almaniyada günorta saatlarında təsirli olmağa başlayan fırtınanın sürəti saatda 170 kilometrə çatıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə