Avstriya yanvarın 31-dən bəzi məhdudiyyətləri yumşaldır

Avstriyada yanvarın 31-dən peyvənd olunmamış şəxslərlə bağlı karantini ləğv ediləcək.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Kansler Karl Nehammer məlumat verib.

Müvafiq qərar xəstəxanalarda, əsasən də intensiv terapiya şöbələrində vəziyyətin stabilləşməsi ilə əlaqədar qəbul olunub. Bununla belə, ictimai iaşə müəssisələri, mağazalar, mədəniyyət və incəsənət tədbirləri hələ də peyvənd olunmamış şəxslər üçün qapalı olacaq. Bundan əlavə, FFP2 tipli maskadan istifadə məcburiyyəti qüvvədə qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə