Polşanın keçmiş prezidenti, Nobel mükafatı laureatı Lex Valesa koronavirusa yoluxduğunu və özünü pis hiss etdiyini bildirib. SİA xəbər verir ki, eks prezident bunu öz Facebook hesabında yazıb.

"Mən buna inana bilmirəm!!!! Mən üç dəfə peyvənd olunmuşam. İndi də nən yoluxmuşam", deyə Valesa öz sosial şəbəkə hesabında yazıb.

“Baş ağrısı var. Bədənimi qızdıra bilmirəm. Özümü saxlaya bilmirəm, bədənimi hiss etmirəm”, deyə o əlavə edib.

Xatırladaq ki, Valesanın 78 yaşı var. O, bir sıra xroniki xəstəliklərdən, xüsusən də şəkərli diabetdən əziyyət çəkir. Valesa ötən il ürəyindən əməliyyat da olunub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə