Rauf Denkdaşın xatirəsi anılıb

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (KKTC) qurucu Prezidenti Rauf Denktaş vəfatının 10-cu ildönümündə paytaxt Lefkoşadakı məzarı başında yad edilib.

SİA əldə etdiyi məlumata görə xəbər verir ki, anım mərasimində KKTC Prezidenti Ersin Tatar, nazirlər, millət vəkilləri, KKTC İkinci Prezidenti Mehmet Əli Talat, Türkiyənin Lefkoşa səfiri Ali Murat Başçeri, hərbçilər, Rauf Denktaşın oğlu Serdar Denktaş və ailəsi, vətəndaşlar, qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Tatar mərasimdə etdiyi çıxışda bir daha Denktaşa rəhmət diləyib və ömrü mübarizə ilə keçən Denktaşın 1960-cı il müqavilələrindən əvvəl EOKA terror təşkilatına qarşı qəhrəmancasına mübarizə apardığını bildirib.

Denktaşın 1960-cı il müqavilələrində Kıbrısda iki xalqın suveren olaraq qeydiyyata alınması və Türkiyənin zamin olaraq yer alması məsələsində hüquqşünas şəxsiyyətilə böyük rol oynadığını xatırladan Tatar Denkdaşın ölüm ayağında "Müstəqillikdən, azadlıqdan, azadlıqdan və müstəqillikdən əsla vaz keçməyin, Türkiyə və ana vətənimizə güclü şəkildə yiyə durmağa laqeyd yanaşmayın" istiqamətində vəsiyyət etdiyini və özlərinin də bu vəsiyyəti həyata keçirdiklərini ifadə edib.

1983-cü ildə KKTC-nin qurulması ilə Kıbrısda iki ayrı xalqın olduğunu, bu iki ayrı xalqın suveren olduğunu və Denktaşın suverenlik əsasında federasiya modelində razılaşma olmayacağını proqnozlaşdırdığını qeyd edən Tatar Denktaş bütün danışıqlarda Kıbrıs Türk xalqının suverenliyi üçün səsini ucaltdığını vurğulayıb.

Serdar Denktaş isə Kıbrıs türk xalqının çox çətin bir yol keçdiyini xatırladaraq, xalqın hər cür çətinliklə üzləşərək azadlıq mübarizəsi apardığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə