İsrail Səhiyyə Nazirliyi 55 ölkəyə səyahət qadağasının qaldırılacağını açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, İsrail Səhiyyə Nazirliyindən verilən açıqlamada, koronavirus epidemiyası ilə mübarizə çərçivəsində 55 ölkəyə səyahət qadağasının qaldırılacağı bildirilib.
Nazirlik açıqlamasında bildirib ki, qadağa Nazirlər Kabineti və parlament komitəsi tərəfindən təsdiqləndikdən sonra cümə axşamı qüvvəyə minəcək. Səyahət qadağasının ləğv edildiyi ölkələr arasında Almaniya, Danimarka, İtaliya, İsveç, İrlandiya, Belçika, Finlandiya və Norveç, eləcə də bir çox Afrika ölkələri var. İsrail Səhiyyə Nazirliyinin açıqlamasına görə, Meksika "Omikron" hadisələrinin artması səbəbindən qırmızı siyahıya daxil edilib.
Qeyd edək ki, İsraildə epidemiya başlayandan indiyədək 1 milyon 365 min 643 xəstə aşkarlanıb, 8 min 242 nəfər isə virusdan dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB