Yeni qanun tənzimləməsi barədə açıqlama yayılıb

Belçikada hökumət yeni qanuni tənzimləmə barədə açıqlama yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hökumət Avropa Şurası Nazirlər Komitəsinin xəbərdarlığı ilə məhkəmələrdə hicab taxmağı qadağan edən Cinayət Məcəlləsinin 759-cu maddəsinə dəyişiklik edib. Müsəlman qadının 2018-ci ildə hicabını çıxarmadığı üçün məhkəmə zalına aparılmaması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət etməsindən sonra gündəmə gələn hicab qadağası müzakirə mövzusu olub. Strasburq məhkəməsi Belçikanı "inanc azadlığını pozmaqda" təqsirli bilib. Bu qərardan sonra AİHM-in bu məsələ ilə bağlı qərarını göstərən sirkulyar məhkəmələrə göndərilib. Bu sirkulyardan sonra bəzi hakimlər məhkəmə zalında hicab taxmağa icazə verib, bəziləri isə qadağanı tətbiq etməyə davam edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə