Koronavirus epidemiyasında görülən sərt tədbirlərin davam etdirilməsinə baxmayaraq Yeni Zelandiyada inanılmaz hadisə baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, koronavirus peyvəndinin saxtalaşdırılması bu dəfə ölçüləri dəyişib.
Təhsil və səhiyyə sektorunda çalışanların üzərinə qoyulan koronavirus peyvəndi öhdəliyi peyvənd saxtakarlarının meydana çıxmasına səbəb olub. Bir kişinin koronavirusa qarşı peyvənd mərkəzlərinə getdiyi və eyni gündə 10 dəfə peyvənd etdirdiyi iddiası ölkə gündəminə bomba kimi düşüb.
Bildirilib ki, gündə 10 dəfə peyvənd vurulan şəxs peyvənddən imtina edənlərdən sosial sığorta nömrəsi ilə pul alıb. Səlahiyyətliləri təşvişə salan bu iddiadan sonra araşdırma başladılıb. Mövzu ilə bağlı açıqlamalar verən səlahiyyətlilər, gündə 10 dəfə peyvənd edilən şəxsin sağlamlıq baxımından böyük risklərlə üzləşə biləcəyini ifadə edib. Bildirilib ki, heç vaxt eyni gündə bu qədər yüksək dozaya məruz qalma hadisəsi baş vermədiyindən hadisənin fəsadlarını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil və bu hadisədə əli ola biləcək hər kəs haqqında ətraflı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB