ABŞ bu ölkədəki missiyasını tamamladı

İraq Milli Təhlükəsizlik katibinin müşaviri Kasım Aracı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri döyüş dəstələrinin ölkədəki missiyasını başa vuraraq geri çəkildiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Araci, "Koalisiya qüvvələri ilə son danışıqlarımızı tamamladıq. Koalisiya qüvvələrinə bağlı döyüş qüvvələri İraqdakı missiyasını başa vurdu və geri çəkildi" -deyə qeyd edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə