Məşhur Fransa imperatoru Napoleon Bonapartın birinci həyat yoldaşı Jozefinaya aid olduğu düşünülən iki tac 576 min sterlinə satılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 150 ildir britaniyalı kolleksiyaçının şəxsi kolleksiyasında olan taclar Sotheby's Hərrac Evi tərəfindən hərraca çıxarılıb. Əqiq daşlı qızıl mina tacı 450 min sterlinə digər daha sadə tac isə 126 min sterlinə alıcı tapıb. Ehtimal olunur ki, hər iki tac bir-birinə uyğun geyinilmək üçün yaradılmış “parure” adlı zərgərlik dəstinin bir hissəsidir.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB