İngiltərədə yeni mutanta yoluxma sayı artır

Cənubi Afrikada aşkarlanan Covid-19-un "Omikron" mutasiyası Avropada yayılmağa davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə daxilində son 24 saatda 86 "Omikron" hadisəsinin aşkar edildiyi, ümumi "Omikron" hallarının isə 50 faiz artaraq 246-ya yüksəldiyi ifadə edilib.

İngiltərədə ən son aşkar edilən 86 hadisədən 18-nin Şotlandiyada olduğunu və "Omikron" mutasiyasının Şotlandiyada cəmi 48 adamda aşkar edildiyini, halların əksəriyyətinin isə ölkənin şimal və cənubunda olduğu açıqlanıb. "Omikron" mutasiyası hallarının sayının artması fonunda mütəxəssislər Böyük Britaniyanın yeni ildən sonra daha sərt tədbirlərlə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

Kembric Universitetinin statistik professoru David Spiegelhalter "Omikron"un İngiltərədə ortaya çıxmasının "dəhşətli bir zamanlama olduğunu" ifadə edərək, əlavə edib ki, yaxın bir neçə həftə ərzində insanlar Yeni il və Milad hadisələri səbəbi ilə "qapalı məkanlarda sosiallaşacaqlar" və bu səbəbdən də bu virusun yayılması riski var. O, bu dövrdə virusun artacağını ifadə edib.

Mütəxəssislər, "Omikron" hadisələri xəstəxanaya yerləşdirmələrin artmasına səbəb olarsa, Milli Səhiyyə Xidmətinin (NHS) çox çətin vəziyyətdə olacağına da diqqət çəkib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə