Müdafiə naziri vaxtı açıqladı

Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca tərəflərin bəyanatları davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, nəhayət, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov öz bəyanatında tarixi açıqlayıb. Böhranın böyüyəcəyi tarixə işarə edən Reznikov, Ukrayna sərhədləri ətrafında təxminən 94 min rus əsgərinin olduğunu və bütün ssenarilər üzərində işləndiyini bildirib. Reznikov qeyd edib ki, kəşfiyyat bölməsinin fikrincə, Rusiyanın genişmiqyaslı böhranı gücləndirməsi ehtimalı var və bunun üçün ən çox ehtimal olunan vaxt gələn il yanvarın sonudur. Reznikov bunun zəruri deyil, mümkün ssenari olduğuna diqqət çəkib və onların vəzifəsinin bunun qarşısını almaq olduğunu qeyd edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə