Çin Yaponiyanın keçmiş baş naziri Abe Şinzonun Pekin administrasiyasının Tayvana mümkün hərbi müdaxiləsinin iqtisadiyyat və təhlükəsizlik baxımından ciddi nəticələrə səbəb olacağı ilə bağlı sözlərinə reaksiya verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın Pekindəki səfiri Tarumi Hideon məsələ ilə bağlı təcili "görüşə” çağırılıb.
Çin xarici işlər nazirinin müavini Hua Çunyinq açıqlamasında səfir Tarumi ilə görüşü zamanı keçmiş baş nazir Abenin sözlərini Çin-Yaponiya münasibətlərinin təməl normalarını pozduğunu bildirib. Bəyanatda nazir müavini Hua Tayvanın Çinin ayrılmaz bir hissəsi olduğunu vurğulayaraq, "Abenin şərhləri açıq şəkildə Çinin suverenliyini şübhə altına alır və Tayvanın müstəqillik qüvvələrini açıq şəkildə dəstəkləyir" deyilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB