Almaniyadan Rusiyaya sərt cavab gəldi

Almaniyanın xarici işlər naziri Heiko Maas Rusiyaya qarşı sərt ifadələr işlədib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Maas açıqlamasında Rusiyanın Ukrayna sərhədində hərbi fəaliyyətindən böyük narahatlığını ifadə edib. NATO toplantısında Ukrayna ilə bağlı vəziyyətin ətraflı müzakirə ediləcəyini bildirən Maas, Rusiyanın hər cür təcavüzə cəhd etdiyi təqdirdə bunun əvəzini çox ağır ödəməli olacağını bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə