Çin,Hindistan və Rusiya masaya oturur

Çin, Rusiya və Hindistanın xarici işlər nazirləri gündəmdə olan qlobal problemləri müzakirə etmək üçün bir araya gəlir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian, Çin-Rusiya-Hindistan Xarici İşlər Nazirlərinin 18-ci Görüşündə epidemiya ilə mübarizə və çoxtərəflilik də daxil olmaqla beynəlxalq və regional aktual mövzuların müzakirə ediləcəyini söyləyib. Bununla belə, beynəlxalq müşahidəçilər ABŞ və Çin arasında bir çox sahələrdə mövcud problemlərin yaratdığı Asiya-Sakit okean gərginliyinin gündəmin əsas mövzularından biri olacağına diqqət çəkirlər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...