Rusiyada və xaricdə milyonlarla insan COVID-19-a qarşı Sputnik V peyvəndi ilə peyvənd olunub və heç bir əks təsiri yoxdur. SİA xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rusiyanın Beynəlxalq Biznes Gündəliyi: çağıırışlar, problemlər, risklər, dövlətlə qarşılıqlı fəaliyyət strategiyası" forumunda söyləyib.
"Sputnik-V peyvəndini götürsək, prezident də rəqəmləri göstərdi, Rusiya vətəndaşları ilə yanaşı xariciləri də nəzərə alsaq, 120 milyon insan artıq bu peyvəndlə peyvənd olunub. Allaha şükür ki, heç kim heç bir yan təsir görmür", deyə Lavrov bildirib.
Qeyd olunur ki, koronavirusa qarşı peyvənd olunma Rusiya Federasiyasının bütün bölgələrində aparılır. 2020-ci ilin avqustunda Rusiyanın Səhiyyə Nazirliyi Qamaleya Elektrokimya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış COVID-19-un qarşısının alınması üçün dünyada ilk peyvəndi qeydə alıb. O, "Sputnik V" adlandırılıb. Həmçinin Rusiyada, Rospotrebnadzorun "Vektor" mərkəzindən "EpiVacCorona" və Rusiya Elmlər Akademiyasının Çumakov Mərkəzi tərəfindən hazırlanmış "KoviVak" kimi COVID-19-a qarşı peyvəndlər yaradılıb. Mayın əvvəlində dördüncü yerli vaksinin “Sputnik Light”ın qeydiyyata alındığı məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB