Vyetnamın ilk metro xətti şənbə günü paytaxt Hanoy şəhərində fəaliyyətə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, şəhər rəhbərliyi bütün sərnişinlərə ilk 15 gün ərzində metrodan pulsuz istifadə etmək hüququ verib.
13 kilometrlik dəmir yolu şəhərin mərkəzini yeni ucqar yaşayış massivləri ilə birləşdirir. Xətt boyu orta sürəti 35 km/saat olan 12 qatar hərəkət edəcək ki, onların hər biri dörd vaqondan ibarətdir və 900-dən çox sərnişin daşımaq üçün nəzərdə tutulub.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB