6 min 943 nəfərin virusdan öldüyü qeyd edilib

İsraildə məktəblərdə üz-üzə təhsilin başlamasından 24 saat əvvəl, yeni növ koronavirus (Kovid-19) epidemiyası başlayandan bəri ən yüksək gündəlik hadisə qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada, son 24 saatda 10.947 adamın testinin müsbət çıxdığı və 24 xəstənin həyatını itirdiyi bildirilib. Bunun, pandemiyanın başladığı 2020 -ci ilin fevralından bəri ölkədə görülən ən yüksək gündəlik hadisə olduğu bildirilib. Beləliklə, təxminən 9,3 milyon əhalisi olan İsraildə ümumi hadisələrin sayının 1 milyon 66 mini keçdiyi və 6 min 943 nəfərin virus səbəbilə öldüyü qeyd edilib. Aktiv halların sayının 83 mini keçdiyi ölkədə 719 xəstənin vəziyyətinin ağır olduğu bildirilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə