Heratdakı konsolluq tam işlək vəziyyətdədir

İranın Xarici İşlər Nazirliyi Əfqanıstandakı səfirliyinin "tamamilə açıq və işlək" olaraq qaldığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İran Xarici işlər Nazirliyinin sözçüsü Səid Katibzadə yarı rəsmi açıqlamasında İranın Heratdakı konsulluğunun da "tam işlək vəziyyətdə" olduğunu qeyd edib.

İran həftə sonu Əfqanıstandakı beş konsulluğundan üçünü gizli şəkildə bağladığını və diplomatlarını Kabildəki səfirliyə köçürdüyünü açıqlayıb. Bəzi diplomatlar isə Tehrana geri çağırılıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə