"Əfqanıstan köləlik zəncirlərini qırdı"

Pakistanın Baş naziri İmran Xan Əfqanıstanın köləlik zəncirlərini qırdığını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İmran Xan paytaxt İslamabadda ibtidai məktəblər üçün "Yeni Milli Təhsil Kurikulumu"nun tanışlıq görüşündə verdiyi açıqlamasında Əfqanıstanın əsarət altına alındığını ifadə edərək, bu zəncirlərdən xilas olmağının vacib olduğunu vurğulayıb. Əfqanıstandakı inkişaflara toxunan Xan, Əfqanıstanın köləlik zəncirlərini qırdığını qeyd edib. Əfqanıstan Xalq Assambleyasının sədri Mir Rəhman Rəhmani və Əfqanıstanın keçmiş xarici işlər naziri və İslam Birliyinin lideri Səlahəddin Rabbani başda olmaqla Əfqanıstan siyasətçilərindən ibarət nümayəndə heyəti 3 günlük səfər çərçivəsində dünən İslamabada gəlib. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi Əfqanıstan nümayəndə heyəti ilə görüşündə Əfqanıstan probleminin həlli üçün hərtərəfli və geniş əsaslı siyasi konsensusa çağırış edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə