Türkiyədə miqrantların iş tapması qul bazarına bənzəyir

Ölkələrində yaşadıqları maddi çətinliklər və müharibələr səbəbiylə Türkiyəyə işləməyə gələn mühacirlər iş tapmaq üçün səhərin erkən saatlarından etibarən müəyyən yerlərdə toplanır. Küçədə nəqliyyat vasitələrinə yaxınlaşaraq adamlarla razılaşma edən mühacirlərin bir qismi iş tapmaqdan xoşbəxtdir, digərləri isə ümidlərini başqa bir günə bəsləyirlər.

Maddi çətinliklər üzündən Türkiyəyə gələn mühacirlər gündəlik işlərində çalışmaq üçün səhər erkən saatlarda əsasən Kağıthane Taşocağı məhəlləsi üzərində toplanır. Qanunsuz mühacirlərin də daxil olduğu bu yer gündəlik işçi götürəcək nəqliyyat vasitələrinin yolunu gözləyir. Yaxınlaşan maşınlardaki insanlarla razılaşanlar işinə gedir, qalanlar isə yeni iş yerləri gözləyirlər.

Dörd il əvvəl Əfqanıstandan işləməyə gəldiyini deyən Məhəmməd Əkbəri "Hazırda tikintidə işləyirik. Pandemiyadan əvvəl bir restoranda çalışırdım. Əslində həmişə iş var. İşçi boş qalmır. Bura hər gün gəlirəm. Burda tanışlarım da var, ara-sıra zəng vururlar. Gündə 140-150 lirəyə yaxın qazanırıq. Bu pul bizə çatmır, amma əlimizdən heç nə gəlmir. Bacardığımız qədər çalışacağıq.

Müharibə səbəbindən Əfqanıstanda iş yoxdur, iqtisadiyyat çox aşağıdır. Ona görə də xaıq heç nə edə bilmir. İşləməyə xarici ölkələrə gedənlər ailələrinə də pul göndərir. Onlar əslində nə Türkiyədə qalmaq, nə də Avropaya getmək istəyir. Əfqan xalqının da əsas məqsədi öz ölkəsinə qayıtmaqdır.

"Buradan aldığımız pulu ailəmizə göndəririk"

Zabihullah Cabari isə "Əfqanıstandan gəlmişəm. Burada gündəlik işimlə məşğulam. Əksərən ağır işlər, sement daşıma işlərinin olduğu yerdə işləyirik" deyir. Qeyd edək ki, o da iki il əvvəl Türkiyəyə işləməyə gəlmişdi.
Əfqanlar ümumilikdə qeyd edirlər ki, bura sadəcə işləmək üçün gəlmişik. Əfqanıstanda müharibə olduğu üçün, iş tapa bilmirik. Onlar yalnız özü üçün deyil həm də ailəsi üçün işləmək məcburiyyətində qalırlar. Türkiyədə bir nəfər işləyir, Əfqanıstanda qalan on nəfər ailə üzvü üçün pul göndərir. Onlar Türkiyədə qazandıqların pulun yarısından çoxun ailələrinə göndərirlər.

Eyni zamanda əfqanlar bildirir ki, biz müharibədən qaçmırıq. Müharibəmiz başqa bir ölkə ilə olsaydı, vuruşardıq. Amma ölkəmizdə hazırda vətəndaş müharibəsi gedir. Bu cür mübarizədə edəcək bir şeyimiz yoxdur.

Beləliklə, çarəsiz əfqan xalqı mühacir həyatı yaşamaqdan başqa çarə tapmır. Yaranmış bu vətəndaş müharibəsi üçün isə birbaşa olaraq supergüclər günahkardır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə