"Türk dostlarımıza dəstəyimiz davamlıdır"

Ukrayna Prezidenti Vladimir Zelenski Qara dəniz sahili ərazilərdə daşqın fəlakəti ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana və Türk xalqına başsağlığı verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski, Tvitterdəki paylaşımında sel nəticəsində yaxınlarını itirən ailələrin kədərini bölüşdüklərini ifadə edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da Tvitterdə daşqın səbəbi ilə can və mal itkisinə görə çox pis hiss etdiyini paylaşıb. Sağ qalanların ailələrinin kədərini bölüşdüyünü qeyd edən Kuleba, Ukraynanın türk dostlarına dəstəyinin davamlı olduğunu vurğulayıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə