Daşla arvadının başını əzdi - FOTOLAR

Hadisə Türkiyədə baş verib. Boşanma ərəfəsində olan yoldaşı tərəfindən yolu kəsilən qadının başı daşla əzilərək döyülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı Abdulmecit Abdulaziz ilə boşanma prosesində olan Munire Hüseyin Mərkəz Çukurovanın Huzurevleri məhəlləsində yaşayan bacısının evinə gedib. Mənzilə girmək üzrə olan qadının yoluna əri çıxıb və onu döyüb.

Abdulmecit Abdulaziz yerdən tapdığı daş və mərmər parçası ilə həyat yoldaşının başına vurmağa başlayıb. Ağır bədən xəsarətləri alan gənc qadın ərindən qaçaraq mənzilə sığına bilib. Vətəndaşların polis və təcili tibbi yardıma zəngindən sonra hadisə yerinə polis və həkimlər gəlib. Abdulmecit Abdulaziz daha sonra hadisə yerindən qaçıb.

Huşunu itirən gənc qadın hadisə yerinə gələn təcili yardım maşını ilə Seyhan Dövlət Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu öyrənilsə də, hadisə ilə əlaqədar istintaq başladılıb. Digər tərəfdən, mənzildə olan uşaqlar qorxulu gözlərlə polisi izləyiblər. Polis qaçan əri axtarmağa başlayıb.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə