"Əfqanıstandakı münaqişə mühiti Türkiyəyə də təsir edib" - 5-lik GÖRÜŞDÜ

Mərkəzi Asiya ölkələri Əfqanıstandakı son vəziyyəti və bölgəyə aid digər problemləri müzakirə etmək üçün bir araya gəlib. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistan dövlət başçıları avqustun 6-da Xəzər dənizi sahilində görüş keçiriblər. 2018-ci ildən bəri keçirilən ilk müştərək yığıncaqda Əfqanıstandakı son vəziyyət və "Taliban" hərəkatının hecum əməliyyatları, bölgədəki koronavirus pandemiyası müzakirə edilib.

Görüş zamanı ölkələr birgə virusologiya və epidemiologiya mərkəzinin açılması fikri ilə də razılaşıblar. Orta Asiya liderlərinin yekdil rəyi bu olub ki, Əfqanıstanda ən qısa zamanda sabitlik yaradılmalıdır. Bölgədə sülhə hər cür dəstəyin veriləcəyi qeyd edilib. Ancaq Əfqanıstanla həmsərhəd olan ölkələrin bu ölkəyə fərqli yanaşmaları diqqəti cəlb edir.

Özbəkistan və Türkmənistan da "Taliban"la təmasda olsa da, Tacikistan bundan çəkinir. Eyni zamanda, bu ölkələr ümumiyyətlə, Əfqanıstan məsələsinə qarışmaqdan çəkinirlər. Əfqanıstanda münaqişələr gücləndikcə Mərkəzi Asiya ölkələrinin münasibətlərinin fərqli ola biləcəyi düşünülür. Əfqanıstandakı münaqişə mühiti Türkiyəyə də təsir edib. Son vaxtlar İran üzərindən Türkiyəyə böyük miqdarda nizamsız miqrasiya axını yaşanır. Çox sayda əfqan sərhəd xətti ilə Türkiyəyə keçir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə