…Hələ bir imkan verin də..., yazıq Nikol ağzını açmağa, nə isə bir söz deməyinə peşimandır. O dəqiqə “hoydu-hoyduya” qoyub, ağzından vurursunuz. Hökumət ölkənin iqtisadi sahəsindəki növbəti “nailiyyəti”ndən danışmaq istəyir, eşitmək istəmirsiniz, həmişə olduğu kimi, bu dəfə də ölkənin ixrac həcminin misilsiz bir şəkildə 300 milyon dollar səviyyəsinə qaldırdığını bəyan edir, deyirsiniz, yalandır.
Niyə Ermənistanın təkcə elə iqtisadi sahədəki “uğurlarını görüb”, təbliğ etmirsiniz? Əlinizə “dəstəmur” alıb, bu ilin birinci yarısında Ermənistanın dövlət borcunun 11 faizdən çox artaraq 8 milyard 869 milyon dollara çatdığını hər an Nikolun başına vurursunuz.
...Ayıbdır, heç olmasa, bu ilin 6 ayı ərzində Ermənistanın ixrac həcminin həqiqətən, keçən ilin eyni dövrü ilə müqayisədə artdığını etiraf edin. Odey, ruslar, büruzə verməsələr də, amma sizə necə paxıllıq elədikləri o dəqiqə sezilir. Sizdən fərqli olaraq, koronavirus onların lap belini qırıb. O gün rus mətbuatı yazır ki, ey əhli Rusiya, hazırlıqlarınızı görün, çünki tezliklə ölkədə geyim və ayaqqabıların qiyməti 10 faiz və bəlkə də daha da çox bahalaşacaq.
Sizin isə “ağzınız isti yerdədir”. Döşəyirsiniz Nikolun qarasıycan.
Deyirsiniz, Ermənistanda daha meşə qoymayıb. Hamısını kəsib satıb xaricə və bununla da Ermənistandan taxta ixracatını misilsiz və fantastik bir şəkildə, yəni 2,6 dəfə artırıb. Siz hətta dəqiq faktlar da gətirirsiniz, deyirsiniz ki, keçən ilin yanvar-may aylarında təxminən 125 milyon dollarlıq ağac ixrac edən Ermənistan, bu il bu göstəricini 328 milyona yüksəldib. Yəni ağacları kəsərək ixracatı artırıb və bununla Ermənistanın təbii sərvətlərini vəhşicəsinə göyə sovurub.
...Amma bu yerdə sizi əmin edirəm ki, daha bundan sonra nadir ağac növlərini kəsib xaricə satmağa ermənilərə imkan verilməyəcək. Çünki yerin əsl sahibi qayıdıb. Təbii ki, bu gün əksər ermənilər Ermənistan hökumətinin təkcə öz ölkələrindəki meşələri deyil, həm də “işqal altında saxladıqları” Azərbaycan ərazisindəki meşələri də qırıb taladıqlarını yaxşı bilirdilər. Hətta dəhşət o idi ki, son zamanlar ermənilər Şuşa yaxınlığındakı dövlət qoruğu kimi tanınan Topxana meşələrinə də əl qataraq nadir ağac növlərini kəsərək talamağa başlamışdılar. Amma...
...Belə ğörünür ki, artıq bundan sonra ermənilərin ağac ixracatından əldə etdikləri bazarları bağlanacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB