Brüsseldə NATO sammiti başlayıb

Belçikanın paytaxtı Brüsseldə NATO üzv ölkələri liderlərinin sammiti başlayıb. SİA-nın məlumatına görə, sammitin gündəliyində terrorçuluqla mübarizə, kiberhücumlar və kibertəhlükəsizlik, iqlim dəyişikliyi, Çin və Rusiya müzakirə olunacaq.

Axşam saatlarında isə sammit çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Baydenin görüşü nəzərdə tutulub.

2022-ci ilin NATO sammitinin İspaniyada keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...