...İsveç və Danimarka Rusiyadan artan təhdid və ABŞ-la münasibətlərdəki qeyri-müəyyənlik fonunda müdafiələrini fəal şəkildə gücləndirir, hərbi sənayelərini inkişaf etdirir və Amerika texnologiyalarına alternativlər axtarır.
SİA xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, hər iki ölkə dəyişikliklərin öhdəsindən bir çox digər Avropa dövlətlərindən daha yaxşı gəlir.
Stokholm və Kopenhagen hərbi xərcləri artırır və genişmiqyaslı hərbi çağırışa qayıdırlar.
İsveç bu il 2018-ci ildəki 3500 nəfərdən 9000 kişini hərbi çağırışa göndərmək niyyətindədir.
Danimarka hərbi çağırışı qadınlara da şamil edib və xidmət müddətini dörd aydan 11 aya qədər artırıb.
Eyni zamanda, ölkələr Amerika müdafiə sistemləri və texnologiyalarından asılılıqlarını azaltmağa çalışırlar.
İsveç Fransadan freqatlar, Fransa ordusu isə İsveçin "GlobalEye" radar kəşfiyyat təyyarələri alır.
Daha az inkişaf etmiş müdafiə sənayesinə malik Danimarka Ukrayna üçün dronlar istehsal etməyə başlayır.
Danimarkanın Biznes və Rəqabət Naziri Martin Lidegaard bildirib ki, "Amerika texnologiyasından asılı olmamağımızı təmin etməliyik".
Ölkələr həmçinin ABŞ xaricində ticarəti genişləndirirlər. Danimarka və İsveç şirkətləri Kanada, Avstraliya və Hindistanda yeni bazarlar axtarır, eyni zamanda kvant texnologiyaları, məlumat mərkəzləri və kosmosda əməkdaşlığı dərinləşdirirlər.
Maliyyə intizamı da əsas rol oynayır. 1990-cı illərin maliyyə böhranından sonra İsveç maliyyə qaydalarını sərtləşdirdi və mərkəzi bankının müstəqilliyini gücləndirdi.
Danimarkanın güclü dövlət maliyyəsi də var ki, bu da ona bəzi digər Avropa ölkələrində yaşanan büdcə təzyiqləri olmadan müdafiə xərclərini artırmağa imkan verir.
Danimarka mərkəzi bankının sözçüsü Tomas Harr qeyd edib ki, "Müdafiənin gücləndirilməsi zərurətə çevrilib və Danimarkanın dövlət maliyyəsi bunu etməyə imkan verəcək qədər güclüdür".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB