Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11 nəfərə yüksəlib - FACİƏ, YENİLƏNİB

Türkiyədəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

SİA-nın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 11-ə yüksəlib.

***

Saat 21:49

Türkiyədəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.

SİA-nın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.

Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.

*****

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

Qəzanın səbəbi barədə hələlik məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...