ABŞ-ın hazırkı prezidenti Donald Tramp bazar ertəsi Ağ Evin rəhbəri vəzifəsində vida videomüraciətini yazıb. SİA-nın xəbərinə görə, bu barədə mənbəyə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, videoyazı çərşənbə axşamı elan oluna bilər, hərçənd son müddət hələ müəyyən edilməyib. Qeyd edilir ki, Tramp çıxışında prezident postunda əldə etdiyi nailiyyətlərin ən əhəmiyyətlilərini sadalayacaq.

Həmçinin müraciətdə yeni administrasiyaya mesajlar da yer alıb, ancaq yeni prezident Co Baydenin komandası haqqında fikrin konteksti dəqiqləşmir.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin və vitse-prezident Kamala Harrisin inauqurasiyası yanvarın 20-ə nəzərdə tutulub.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə