Kubanın paytaxtı Havanada 15 sentyabra qədər sərt karantin rejiminin tətbiqinə başlanıb. SİA-nın məlumatına görə, koronavirusa yoluxmada sürətli artımın qeydə alınmasından sonra hökumət bu addımı atıb.
Qərar çərçivəsində paytaxtda bütün ticarət fəaliyyətləri məhdudlaşdırılıb. Fərdi avtomobillərin hərəkətinə 05.00-19.00 saatları arasında icazə verilir.
Paytaxtda sadəcə qida və gigiyena məhsullarının alış-verişinə icazə veriləcək.
Qeyd edək ki, Kubanın 12 milyon əhalisi var. Bu günədək ölkədə 4 min 65 nəfər koronavirusa yoluxub, 95 nəfər ölüb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB