Rusiya Səhiyyə Nazirliyi COVID-19-un müalicəsi üçün dərmanların siyahısını genişləndirib

Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin müalicəsi üçün istifadə olunan dərmanların siyahısını genişləndirib.

SİA xəbər verir ki, siyahıya “Favipiravir”, “Gidroksixloroxin”, “Mefloxin”, Azitromitsin”, “Lopinavir”, “Ritonavir” və Umifenpvir” və digər preparatlar daxil edilib. Tövsiyə olunan dərmanların yeni siyahısı Rusiya və xarici kliniki təcrübələrin nəticələri əsasında tərtib olunub.

Rusiya Səhiyyə Nazirliyi həmçinin tibb müəssisələrinə daxil olan bütün pasiyentlərin testdən keçirilməsini tövsiyə edir.

Qeyd edək ki, Rusiyada 432 min 277 koronavirus xəstəsi qeydə alınıb. İndiyədək 195 min 957 nəfər sağalıb, 5215 xəstə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə